İdman

“Qarabağ” Avropada xal itirməyən yeganə komandadır

Sharing is caring!

“Qarabağ” cari mövsümdə Avropada yerli liqalarda keçirdiyi bütün oyunlarda qələbə qazanan yeganə komandadır.

“Report”un məlumatına görə, “köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk 12 qarşılaşmanın hamısında meydanı üç xalla tərk ediblər.

Ölkə çempionunun III turunda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Son olaraq “Düdelanj” Lüksemburq çempionatının XI turunda “Svift Hesperange”yə 0:4 hesabı ilə yenilib. “Panatinaikos” isə Yunanıstan Super Liqasının XI turunda “Olimpiakos”la qollu heç-heçə edib – 1:1.

Qeyd edək ki, noyabrın 9-da oynanılacaq “Turan Tovuz” – “Qarabağ” qarşılaşması saat 14:30-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir