İdman

Həsrət Cəfərov: “Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim”

Sharing is caring!

“Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərov Bakıda keçirilən Dünya Kubokunun finalında iranlı Danial Seyid Söhrabiyə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

67 kq çəki dərəcəsində çıxış edən idmançı qarşılaşmanın çətin keçdiyini bildirib:

“Məndən sonrakı komanda yoldaşlarımın da qalib gələcəyinə inanıram. Ümid edirəm ki, Dünya Kubokunun sahibi olacağıq”.

Cəfərov hesabda geri düşsə də, qalib gədiyini xatırladıb:

“Xarakter göstərmək lazımdır. Hesabda geriyə düşsən də, irəli keçməlisən. Güləş bunu tələb edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir