İdman

Konfrans Liqası: Növbəti mərhələyə çıxan daha 4 komanda məlum oldu

Sharing is caring!

UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun daha 8 oyunu keçirilib.

E, F, G və H qruplarındakı matçlardan sonra pley-offa vəsiqə qazanan növbəti komandalar bəlli olub.

F qrupunda Belçikanın “Gent”, G qrupunda Rumıniyanın ÇFR, H qrupunda isə İsveçrənin “Bazel” və Slovakiyanın “Slovan” (Bratislava) klubları adını növbəti mərhələyə yazdırıb.

Bunadək isə Türkiyənin “Başakşehir” və “Sivasspor”, İtaliyanın “Fiorentina”, İngiltərənin “Vest Hem”, İspaniyanın “Vilyarreal”, Niderlandın “AZ Alkmaar”, Ukraynanın “Dnepr-1” və İsveçin “Yurqorden” komandaları qrupdan çıxmağı təmin ediblər.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, VI tur

3 noyabr

A qrupu

RFŞ (Latviya) – “Fiorentina” (İtaliya) – 0:3

“Başakşehir” (Türkiyə) – “Harts” (Şotlandiya) – 3:1

E qrupu

“Apollon” (Limassol, Kipr) – “Vaduts” (Lixtenşteyn) – 1:0

“AZ Alkmaar” (Niderland) – “Dnepr-1” (Ukrayna) – 2:1

F qrupu

“Yurqorden” (İsveç) – “Şemrok Rovers” (İrlandiya) – 1:0

“Gent” (Belçika) – “Molde” (Norveç) – 4:0

G qrupu

“Slaviya” (Praqa, Çexiya) – “Sivasspor” (Türkiyə) – 1:1

ÇFR (Rumıniya) – “Balkani” (Kosovo) – 1:0

H qrupu

“Jalgiris” (Litva) – “Slovan” (Bratislava, Slovakiya) – 1:2

“Pünik” (Ermənistan) – “Bazel” (İsveçrə) – 1:2

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir