İdman

DÇ-2022: Azərbaycan millisinin rəqibi mundiala ciddi itki ilə yollana bilər

Sharing is caring!

Futbol üzrə Belçika millisi bu il Qətərdə keçiriləcək dünya çempionatına ciddi itki ilə yollana bilər.

Oxu.Az xəbər verir ki, İtaliya “İnter”ində icarə əsasında çıxış edən yığmanın aparıcı hücumçusu Romelu Lukaku zədələnib.

Müqavilə ilə İngiltərənin “Çelsi” klubuna məxsus olan 29 yaşlı forvardın sol budunda əzələ yorğunluğu aşkarlanıb. Onun mundialı buraxa biləcəyi istisna olunmur.

Qeyd edək ki, Belçika millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.

“Qırmızı şeytanlar” 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir