İdman Manşetüstü

Samir Abbasov istefaya göndərildi

Sharing is caring!

Bu gün “Zirə” klubunun rəhbərliyi və baş məşqçi Samir Abbasov arasında görüş keçirilib.

XəbərAl.az xəbər verir ki, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub.

Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Zirə” Samir Abbasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Abbasov ötən il avqustun 29-da “Zirə”nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub. Qəsəbə təmsilçisi cari çempionatda 7 turdan sonra 5-ci sıradadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir