İdman

Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Sharing is caring!

“Güləşçilərimiz yaxşı formadadırlar və yarışa hazırdırlar. Hər kəs öz məsuliyyətini anlayır və işin ciddiyyətinin fərqindədir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov Bakıda keçiriləcək Dünya Kuboku haqqında danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, idmançılar Dünya Kubokunun nə qədər önəmli yarış olduğunu başa düşürlər:

“Hamı qələbəyə köklənib. Baxmayaraq ki, qrupumuzda çox güclü komandalar yer alıblar. İstər dünya yığması, istərsə də Serbiya komandası olduqca yaxış təsir bağışlayır. Uşaqlar kimlərlə mübarizə aparacaqlarını yaxşı bilirlər”.

Tarakanov ev sahibi amilinin onların xeyrinə işləyəcəyini də qeyd edib:

“Bu, bizə kömək edəcək. Avropa və dünya çempionatında da yaxşı çıxış etdik. İndi isə ikiqat əzm, ikiqat güclə mübarizə aparmalıyıq. Həm özümüz, həm də bütün ölkə vətəndaşları üçün “vuruşacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir