İdman

“Mingəçevir Reqatası”nda ilk günün qalibləri bəlli olub

Sharing is caring!

Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nda ilk günün qalibləri müəyyənləşib.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, Suqovuşanda təşkil olunan birinci mərhələdə 200 metr məsafəyə kayak və kanoe yarışlarında medalçılar müəyyənləşib.

2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb. Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb. Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub.

2005-2006-cı il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında bolqarıstanlı Georgi Milev birinci yeri tutub. Vadim Baranov gümüş, Vasil Çilingərov bürünc medal qazanıb.

Eyni yaş kateqoriyası üzrə 1 nəfərlik kayak yarışında Azərbaycan avarçəkəni Maarif Qarayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aleksey Kolobov (İtaliya) 2-ci, Denis Mençiski (Polşa) 3-cü yeri tutub.

2005-2006-cı il təvəllüdlü qızlar arasında 1 nəfərlik kayakda türkiyəli Hilal Şimşək bütün rəqiblərinə qalib gəlib. Azərbaycan avarçəkəni Darina Həsənova isə gümüş medalla kifayətlənib.

2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında moldovalı Dumitru Paskari (Moldova) qızıl, Sənan Məmmədov gümüş, gürcüstanlı Giorgi Ekaladze (Gürcüstan) bürünc medala sahib çıxıb.

Bu yaş kateqoriyası üzrə qadınların 1 nəfərlik kayak yarışında türkiyəli Karvan İşılsu 1-ci, moldovalı Tatyana Karardjikova 2-ci, qazaxıstanlı Veronika Trapeznikova 3-cü yeri tutub.

2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kayak yarışında gürcüstanlı Sandro Tezalaşvili (Gürcüstan) hamını qabaqlayıb. İsmayılzadə Riad gümüş, Arif Həsənov bürünc medal qazanıb.

2009-2010-cu il təvəllüdlü oğlanların 1 nəfərlik kayak yarışında Nihad Rəhimov qızıl medal əldə edib. Polşalı Maksim Minçinski 2-ci, bolqarıstanlı Vasil Primyov 3-cü olub.

2005-2006-cı il təvəllüdlü oğlanların iki nəfərlik kayak qayığı ilə mübarizəsində türkiyəli Taha Erkam Usta – Muhammed Emin Sulak cütlüyü 1-i yerin sahibi olub. Ramil Mustafayev – Refət Rəhimov cütlüyü gümüş, Anar İsmayılov – Fərid Məmmədov cütlüyü isə bürünc medal qazanıb.

2009-2010 təvəllüdlü qızların 1 nəfərlik kayak yarışında gürcüstanlı Mariami Giutaşvili fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu kateqoriyada cəmi 2 idmançı mübarizə aparıb.

Bu yaş kateqoriyası üzrə oğlanların 2 nəfərlik kayak qayığı ilə yarışında İbrahim Məmmədzadə – Nihad Rəhimov cütlüyü 1-ci, Kənan Məmmədov – Vacib Babayev cütlüyü 2-ci, Ömər Qəmərli – İvan Vorobjanski cütlüyü isə 3-cü olub.

Nəhayət, 2007-2008-ci il təvəllüdlü oğlanların 2 nəfərlik kayak qayığı ilə yarışında Riad İsmayılzadə – Rəşad Dadaşov cütlüyü qızıl, Sandro Tezalaşvili – Tristan Tiginaşvili (Gürcüstan) cütlüyü gümüş, Nihad Quliyev – Qiyaz Əhmədov cütlüyü isə bürünc medala sahib çıxıb

Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir