İdman

Ronalduya bu dəfə pul cəzası kəsildi

Sharing is caring!

“Mançester Yunayted”in ulduz futbolçu Kriştianu Ronalduya “Tottenhem”lə matçda yol verdiyi davranışlara görə pul cəzası kəsiləcək.

“Mançester Yunayted” hücumçunu 720 min funt sterlinq (təxminən 1,4 milyon manat) məbləğində cərimə edəcək. Bu, Ronaldonun iki həftəlik maaşıdır.

Xatırladaq ki, Ronaldu Premyer Liqanın son turunda “Mançester Yunayted”in baş məşqçisi “Tottenhem”lə oyunda (2:0) futbolçuya şans verməyib. Ronaldu isə buna cavab olaraq matçın bitməsini gözləməyərək, stadionu tərk edib. Buna görə də 37 yaşlı futbolçu əsas komandadan uzaqlaşdırılıb. Üstəlik futbolçuya əsas komanda ilə məşq etmək qadağan edilib. K.Ronaldu son hazırlığını “Qırmızı şeytan”ların U-21 komandası ilə keçirib.

Mənbə: talkSPORT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir