İdman

La Liqa dayandırıla bilər

Sharing is caring!

İspaniya çempionatı yeni idman qanunu ilə bağlı mübahisələrə görə dayandırıla bilər.

La Liqanın prezidenti Xavyer Tebas yarışların oktyabrın 28-dən dayandırılması məsələsini nəzərdən keçirmək üçün La Liqa və Sequnda klublarının oktyabrın 27-nə növbədənkənar iclasını təyin edib.

Mümkün dayandırılmaya səbəb İspaniya klublarının ölkədəki yeni idman qanunundan narazılığıdır. Qanun İspaniya komandalarına eyni vaxtda daxili yarışlarda və Avropa Super Liqasında iştirak etməyə icazə verir.

La Liqa rəhbərliyi ehtiyat edir ki, yeniliklər səbəbdən CVC investisiya fondu ilə ispan komandalarının təxminən 2 milyard avro almalı olduğu müqavilə təhlükə altında qala bilər.

Məlumata görə, “Real Madrid”, “Barselona” və “Atletiko” istisna olmaqla, İspaniyanın iki yüksək divizionunda 42 komandadan 39-u qanunun mövcud dəyişikliyinə qarşı çıxır.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir