İdman

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Sharing is caring!

Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün püşkü atılıb.

Oxu.Az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub. Mərasimə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, həmçinin klub nümayəndələri qatılıb.

Turnirdə 14 komanda iştirak edəcək. Püşkdən öncə klublar səbətlərə bölünüb. Ötən çempionatda ilk iki yeri tutan “Qarabağ” və “Neftçi” mübarizəyə1/4 finaldan başlayacaq.

Premyer Liqanın digər 8 komandası və I divizionun 4 təmsilçisi ilk raunddan – 1/8 finaldan mübarizəyə qoşulacaq. Bu mərhələnin görüşləri 22-23 noyabrda baş tutacaq və bir oyundan ibarət olacaq.

Azərbaycan kuboku
1/8 final
22-23 noyabr

1. “Qəbələ” – “Araz-Naxçıvan”
2. “Səbail” – MOİK
3. “Şamaxı” – “Turan Tovuz”
4. “Sabah” – “Qaradağ Lökbatan”
5. “Kəpəz” – “Sumqayıt”
6. “Zirə” – “Mingəçevir”

1/4 final
8-9 və 19-20 dekabr

7. “Qarabağ” – 1-ci cütün qalibi
8. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
9. 4-cü cütün qalibi – 5-ci cütün qalibi
10. 6-cı cütün qalibi – “Neftçi”

Yarımfinal
19 və 27 aprel

11. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
12. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Final
3 iyun

13. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir