İdman

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb – FOTO

Sharing is caring!

Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasında keçirilən “Eurotalents Development Camp” turnirdə gümüş medal qazanıb.

Federasiyadan Oxu.Az-a verilən məlumata görə, o, finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir