İdman

Çempionlar Liqası: Daha iki komanda pley-offa vəsiqəni təmin etdi

Sharing is caring!

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda daha iki oyun keçirilib.

Oxu.Az-ın məlumatına görə, A qrupunda “Napoli” İtaliyada Niderland “Ayaks”ını qəbul edib.

Rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdiriblər.

B qrupunda isə Madrid “Atletiko”su İspaniyada Belçika “Brügge”si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə meydan sahibləri vaxtından əvvəl 1/8 finala yüksəliblər.

Çempionlar Liqası
12 oktyabr
A qrupu

20:45. “Napoli” (İtaliya) – “Ayaks” (Niderland) – 4:2
Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen – Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)

23:00. “Reyncers” (Şotlandiya) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Napoli” – 12 (4 oyuna). “Liverpul” – 6. “Ayaks” – 3 (4 oyuna). “Reyncers” – 0.

B qrupu
20:45. “Atletiko” (Madrid, İspaniya) – “Brügge” (Belçika) – 0:0

23:00. “Bayer” (Almaniya) – “Portu” (Portuqaliya)

Xal durumu: “Brügge” – 10 (4 oyuna). “Atletiko” – 4 (4 oyuna). “Bayer” – 3. “Portu” – 3

Qeyd edək ki, daha əvvəl İspaniya “Real Madrid”i və İngiltərənin “Mançester Siti” komandası pley-offa vəsiqəni təmin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir