İdman Manşetüstü

Premyer Liqa: “Sabah” ilk dəfə böyük hesabla qalib gəlib

Sharing is caring!

“Sabah” komandası Premyer Liqa tarixində ilk dəfə böyük hesabla qalib gəlib.

XəbərAl.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, VI turun “Səbail”lə görüşünə təsadüf edib. İqor Ponomaryovun rəhbərliyi altında ilk matçına çıxan komanda 3:0 hesablı qələbə qazanıb.

2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” bunadək 3 və ya daha çox fərq ilə qalib gəlməmişdi. İlk belə uğurunu 34-cü matçında əldə edən bakılılar 33 oyundakı 7 qələbəsindən dördündə bir, üçündə iki top fərqinə sevinmişdi.

“Bank Respublika Arena”da əldə olunan qələbə həm də mövsümdə ilk olub. Əvvəlki 5 qarşılaşmada qalib gələ bilməyən “Sabah” ötən çempionatın son 5 turunda da qələbə qazanmamışdı. 10 oyunluq qələbəsizlik seriyasına son qoyan paytaxt klubu son dəfə aprelin 7-də 3 xala sevinib. 175 gün öncəki rəqib də indiki kimi “Səbail” olub – 3:1. Bu müddətdə komanda 3 heç-heçə edib, 7 dəfə uduzub.

“Səbail” isə Premyer Liqada 30-cu dəfə uduzub. 62-ci oyunda 30-cu dəfə məğlub olan komanda keçirdiyi matçların 48 faizində uduzub. Bu, həm də 31-ci səfər görüşündəki 15-ci məğlubiyyət olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir