İdman

“Olimpiakos”un baş məşqçisi futbolçularına “Qarabağ”la oyunla bağlı tapşırıq verib

Sharing is caring!

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” Yunanıstan Superliqasında səfərdə OFİ ilə qarşılaşmada 2:1 hesablı qələbə qazanıb.

Oyundan dərhal sonra “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales futbolçularını qələbə münasibəti ilə təbrik edərək onları Bakıda “Qarabağ”a qarşı oyun öncəsi ruhlandırmaq qərarına gəlib.

59 yaşlı mütəxəssis artıq böyük nəticələr haqqında düşünməli olduqlarını bildirib.

“Artıq kim olduğumuzu göstərməyin vaxtıdır”, – M. Qonsales futbolçularına xitabən söyləyib.

Öz növbəsində Pirey təmsilçisinin təcrübəli müdafiəçisi Sokratis Papastatopulos da oyundan sonra komanda yoldaşlarını bir araya yığaraq onlarla söhbət edib. 34 yaşlı oyunçu qələbə seriyasına başlamalı olduqlarını, “Qarabağ”la səfərdə, daha sonra ölkə çempionatında PAOK-la qarşılaşmada yalnız qələbə haqda düşünməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Olimpiakos”u qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:45-də start götürəcək.

Mənbə: Sport-fm.gr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir