İdman Manşetüstü

Boksçularımız Dağıstanda 11 medal qazandı

Sharing is caring!

Dağıstanın Aquşa kəndində azərbaycanlı boksçu, üçqat dünya çempionu, London Yay Olimpiya Oyunlarının mükafatçısı Məhəmmədrəsul Məcidovun şərəfinə turnir keçirilib.

XəbərAl.az  xəbər verir ki, sentyabrın 26-dan 29-dək yeniyetmə boksçular arasında təşkil edilən yarışda ölkəmizi məşqçi Tofiq Babayevin rəhbərliyi altında Baku Fayt Lab (BFL) klubunun yetirmələri təmsil edib.

Boksçularımız turnirdə uğurla çıxış edərək 11 medal qazanıblar. Yığmanın üzvlərindən Tacı Tağızadə (57 kq), Həsən Məlikov (49 kq), Ənvər Babayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Mirabbas Şahsuvarlı (60 kq), Rəsul Məmmədov (54 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar. Emin İbrahimov (60 kq), Zəlimxan Süleymanov, Elmar Abbasov (hər ikisi 56 kq), Hikmət Tağızadə (75 kq), Türkeş Mustafayev (69 kq) və Asif Hüseynov (63 kq) isə bürünc medala layiq görülüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir