İdman

Qara Qarayev təfərrüata varmaq istəmədi: “Daha cəsarətli idik”

Sharing is caring!

“Matçın böyük hissəsində rəqib pis təsir bağışlamasa da, biz daha cəsarətli oynadıq. İstər evdə, istərsə də səfərdə öz oyunumuzu göstərməyə çalışırıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev səfərdə “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə Yunanıstan mətbuatına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi gözəl atmosferdə çətin matça çıxdıqlarını bildirib: “Bu, son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən biridir. Birinci hissədə “Olimpiakos” bizə təzyiq edib çətin anlar yaşatsa da, topa nəzarəti ələ ala bildik”.

Tərübəli oyunçu ikinci hissədə çox şeyin müsbətə doğru dəyişdiyini söyləyib: “Təfərrüata varmaq istəmirəm. İkinci yarıda vəziyyətə nəzarət etməyə, yaratdığımız fürsətlərdən yararlanmağa başladıq”.

Qeyd edək ki, “Qarabağ” və “Olimpiakos” arasındakı növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir