İdman

“Olimpiakos”un baş məşqçisi “Qarabağ”la baş tutacaq oyun barədə DANIŞDI

Sharing is caring!

“Qarabağ”a qalib gəlmək istəyirik. Bunu bacara bilərik”.

“Report”un məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Yunanıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, 3 xal qazanmaqdan başqa düşüncələri yoxdur:

“Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq”.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir