İdman

FIFA azərbaycanlı futbolçuya görə “Bursaspor”u cəzalandırıb

Sharing is caring!

FIFA Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələsgərov və klubu tərk edən üç futbolçuya görə Türkiyənin “Bursaspor” komandasına transfer qadağası qoyub.

Bu barədə məlumat klubun rəsmi saytında dərc edilib.

Belə ki, “Bursaspor” klubun keçmiş oyunçuları ilə olan müqavilə şərtlərini yerinə yetirməyib və oyunçulara olan borcunu tam ödəməyib.

Qərara əsasən, “Bursaspor” qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, Namiq Ələsgərov 2021/2022 mövsümündə Türkiyə klubunun formasını geyinib. Hazırda 27 yaşlı Ələsgərov “Sabah” klubunun uğurları üçün tər tökür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir