İdman

“Olimpiakos” – “Qarabağ” oyununun hakimləri AÇIQLANDI

Sharing is caring!

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununun hakim təyinatları bəlli olub.

Oxu.Az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim İrfan Peltoya Davor Belyo və Damir Laziç laynsmanlar qismində köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir