İdman Manşetüstü

UEFA Millətlər Liqasında Azərbaycanın yer aldığı Liqanın formatı müəyyənləşib

Sharing is caring!

Azərbaycanın UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə çıxış edəcəyi C Liqasının formatı açıqlanıb.

XəbərAl.az-ın məlumatına görə, bununla bağlı qərar Avropa futbol qurumunun İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanadakı iclasında qərar qəbul olunub. Qərara əsasən, C Liqasında Azərbaycandan əlavə, Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Qazaxıstan və Moldova da yer alacaq. Ümumilikdə 16 komanda 4 bərabər qrupa bölünəcək.

Qrup qalibləri 2022/2023 mövsümündə çıxış etmələri üçün B Liqasına yüksələcəklər. D Liqasına isə 2 komanda enəcək. Onlar qrup sonuncuları arasında ev və səfər prinsipi ilə keçiriləcək pley-off qarşılaşmalarından sonra müəyyənləşəcək.

Digər liqaların tərkibi isə belədir:

A Liqası: Portuqaliya (2018/2019 mövsümünün qalibi), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B Liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

D Liqası: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino.

Bu format 55 milli assosiasiya ilə UEFA arasındakı məsləhətləşmələrdən sonra qəbul olunub. Üzv ölkələr yoldaşlıq görüşlərinin sayını minimuma endirmək istəklərini ifadə ediblər. Digər tərəfdən, bütün komandalar öz qruplarında son oyunlarını eyni vaxtda keçirəcəklər ki, bu da ədalətlilik prinsipini artıracaq. Bu mərhələdə oyunların sayı isə 138-dən 162-yə artacaq. Nəticədə turnirin kommersiya dəyəri artacaq.

Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 – 6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin püşkü 2020-ci il martın 3-də Hollandiyanın paytaxtı Amsterdamda atılacaq.

Millətlər Liqasının qrup oyunları isə 2020-ci ildə olacaq:

I tur: 1 – 3 sentyabr

II tur: 6 – 8 sentyabr

III tur: 8 – 10 oktyabr

IV tur: 11 – 13 oktyabr

V tur: 12 – 14 noyabr

VI tur: 15 – 17 noyabr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir