İdman

İsveçrə klubu millimizin üzvünü təbrik etdi – FOTO

Sharing is caring!

Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” oyunçunu yığmada ilk qolunu vurması münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, İsveçrə klubu sosial şəbəkə hesablarında Dadaşovun şəklini paylaşaraq bu sözləri yazıb:

“Renat Millətlər Liqasının dünənki qələbəsində Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər Renat”.  

Qeyd edək ki, R.Dadaşov Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə matçda (2:1) millimizin birinci qolunun müəllifi olub. Bununla da o, yığmamızda ilk qolunu vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir