İdman

Evra: “Mançester Yunayted” Kriştianudan xahiş etməli olacaq”

Sharing is caring!

“Mançester Yunayted”in və Fransa millisinin sabiq müdafiəçisi Patris Evra portuqaliyalı hücumçu Kriştianu Ronaldunun klubdakı vəziyyətindən danışıb.

Evra bildirib ki, “Mançester Yunayted”in Ronaldu kimi futbolçuya həmişə ehtiyacı var.

“Bəlkə də, “Mançester Yunayted” hazırda çətinlik çəkir və başqa oyunçulardan istifadə etməyə ehtiyac duyur. Lakin mənə inanın, “Qırmızı şeytanlar”ın Ronaldu kimi oyunçuya hər zaman ehtiyacı var. Elə bir an olacaq ki, “Mançester Yunayted” Kriştianuya dəyəcək: Xahiş edirik, komandada qal”. Və bu məntiqlidir”, – deyə 41 yaşlı sabiq futbolçu qeyd edib.

Qeyd edək ki, Patris Evra karyerasını 2019-cu ildə bitirib.

Mənbə: A Bola

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir