İdman

Millətlər Liqası: Türkiyə B liqasına vəsiqə qazandı, Niderland final mərhələsini təmin etdi – VİDEO

Sharing is caring!

UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib.

Oxu.Az xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya Danimarkanı 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

Fransa isə Avstriyanı 2 cavabsız qolla üstələyib.

4-cü qrupda səfərdə Polşaya 2:0 hesabı ilə qalib gələn Niderland millisi qrup liderliyini təmin edərək final mərhələsinə yüksəlib.

Qrupun digər görüşündə Belçika Uelsi məğlubiyyətə uğradıb – 2:1.

C Liqasının 1-ci qrupunda evdə Lüksemburqla 3:3 hesablı heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb.

Litva – Farer adaları matçında isə qalib müəyyənləşməyib – 1:1.

Bu nəticədən qrupda sonuncu olan Litvanın D Liqasına düşəcəyi dəqiqləşib.

3-cü qrupda Belarusu 2:1 hesabı ilə məğlub edən Qazaxıstan seçməsi qrup liderliyini rəsmiləşdirib.

Azərbaycan millisi Trnavada Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib.

Belarus kollektivi bu nəticədən sonra D Liqasına düşüb.

Nəhayət, D Liqasında Moldova səfərdə Latviya ilə, Andorra isə Lixtenşteynlə matçda qələbə qazanıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur

A Liqası
1-ci qrup

Fransa – Avstriya – 2:0
Qollar:
Kilian Mbappe, 56. Olivye Jiru, 65

Xorvatiya – Danimarka – 2:1
Qollar:
Borna Sosa, 49. Lovro Mayer, 79 – Kristian Eriksen

4-cü qrup

Polşa – Niderland – 0:2
Qollar:
 Kodi Qakpo, 14. Stiven Berqveyn, 60

Belçika – Uels – 2:1
Qollar:
 Kevin De Brüyne, 11. Mişi Batşuayi, 37 – Kieffer Moore, 50

C Lqası
1-ci qrup

Türkiyə – Lüksemburq – 3:3
Qollar:
 Cengiz Ünder, 16 (penalti). Maksim Şano (avtoqol), İsmail Yüksek, 87 – Marvin Martins, 9. Danel Sinani, 37. Jerson Rodriges, 69

Litva – Farer adaları – 1:1
Qollar:
 Vykintas Slivka, 41 – Yakub Andreasen, 22

3-cü qrup

Qazaxıstan – Belarus – 2:1
Qollar:
 Mixail Qabışev, 29. Baxtiyor Zaynutdinov, 79 – Pavel Savitski, 45+3
Qırmızı vərəqə: Askat Taqibergen, 90+4 (Qazaxıstan)

Slovakiya – Azərbaycan – 1:2
Qollar:
Erik Yirka, 90+3 (penalti) – Renat Dadaşov, 44. Höccət Haqverdi, 90+5

D Liqası
1-ci qrup

Latviya – Moldova – 1:2
Qollar: Yanis İkauniyeks, 55 – Yoan-Kelin Revenko, 26. Yon Nikolaesku, 45

Lixtenşteyn – Andorra – 0:2
Qollar:
 Albert Rosas, 4. Joan Cervos, 81

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir