İdman

İranlı mütəxəssis yenidən Azərbaycan taekvondo millisinin baş məşqçisi oldu

Sharing is caring!

Reza Mehmandust yenidən kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, iranlı mütəxəssis bu postda Məmməd Abdullayevi əvəzləyib.

Abdullayev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması qaneedici nəticələr göstərə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb.

Elnur Amanov Mehmandustun köməkçisi təyin edilib.

Qeyd edək ki, Azərbaycanın kişi taekvondoçuları İslamiadada 1 gümüş və 1 bürünc medal qazanıblar. Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) isə bürünc medala sahib çıxıb. Azərbaycan Taekvondo Federasiyası iyunun 23-də Mehmandustla yolların ayrıldığını açıqlamışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir