İdman

Azərbaycan boksçuları beynəlxalq turnirdə dörd medal qazanıblar

Sharing is caring!

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı Azərbaycan millisi dörd medalla başa vurub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Avropa çempionumuz gümüş medala yiyələnib.

Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də turniri ikinci yerdə bitirib. Mikita Maliuta (Ukrayna) və İvan Yermolenko (Qazaxıstan) üzərində qələbə qazanan boksçumuz finalda Aleksandr Zelinskini (Ukrayna) sınağa çəkib. Görüşdə rəqib qalib gəldiyindən Əlizadə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Beləliklə, yığmamız turniri iki gümüş və iki bürünc medalla başa vurub. Komandamızın heyətində daha öncə Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) üçüncü yeri tutublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir