İdman

“Qarabağ” “Zirə”yə yeddi qol vurdu

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Zirə”nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma “köhlən atlar”ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahibləri açıb. Coşqun Diniyev 34-cü dəqiqədə fərqlənib. Ağdam təmsilçisinin qollarını 44-cü dəqiqədə Toral Bayramov, 56, 60, 79 və 85-cü dəqiqələrdə Musa Qurbanlı, 64-cü dəqiqədə Kadi Borges, 68-ci dəqiqədə isə Ramil Şeydayev vurub.

Musa Qurbanlı cari mövsüm bir matçda 4 qol vuran ilk oyunçu olub.

Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” xallarının sayını 18-ə yüksəldib və “Neftçi”yə çatıb. “Zirə” isə 10 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Kəpəz” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. Turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Qəbələ” “Sumqayıt”ı 1:0, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir