İdman

Avropa Liqası: “Qarabağ”ın oyunu azarkeş sayına görə ilk “5-lik”də yer alıb – FOTO

Sharing is caring!

UEFA Avropa Liqasının qrup mərhələsində II tur oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib.

İlk “5-lik”də Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.

Ən çox fanat isə “Roma” (İtaliya) – “HİK” (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 193 fanat olub.

Qeyd edək ki, “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib. Avropa Liqasının qrup mərhələsində II turun “Arsenal” (İngiltərə) – PSV (Niderland) qarşılaşması Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir