İdman Manşetüstü

Qazaxıstanda qalmaqal: Güləşçimiz uduzduruldu və…

Sharing is caring!

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

XəbərAl.az  xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib – 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb – 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə keçməyi bacarıb. Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub – 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Hakimlər isə ona qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər. Hakimlərin üzərinə getmək istəyən Hacı Əliyevi polislər saxlayıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir