İdman

ÇL: “Milan” “Dinamo”nu əliboş saldı, “Şaxtyor” “Seltik”lə xalları yarı böldü – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tur davam edir.

Oxu.Az xəbər verir ki, günün ilk iki oyunundan biri Milanda, digəri isə Varşavada baş tutub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İtaliyada “Milan”ın qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir matçı ehtiyat oyunçular skamyasında izləyib.

Ukraynadakı məlum hadisələr səbəbindən ev oyunlarını Polşada, Varşava şəhərində keçirən “Şaxtyor” (Donetsk) klubu isə Şotlandiya “Seltik”i il üz-üzə gəlib. Bu oyunda isə qalib müəyyənləşməyib – 1:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir