İdman

“Hayduk” – “Qəbələ” oyununun hakimləri bəlli olub

Sharing is caring!

Xorvatiyada “Hayduk” və “Qəbələ” komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

“Report”un məlumatına görə, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim David Smaytsa David Qabrovets və Tomaj Tserne laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək.

Qeyd edək ki, senyabrın 12-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir