İdman

Qurban Qurbanov: “Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür”

Sharing is caring!

“Bundesliqanın hazırkı liderinə qarşı oynayacağıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Frayburq”la UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu üçün Almaniyaya səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, ilk turun oyunu üçün komandasının istək və həvəsi böyükdür:

“Çünki indiyədək qrup mərhələsində iştirak etmək üçün çox əziyyət çəkilib. Əlbəttə, istərdik ki, Çempionlar Liqasının qrup mərhələsində oynayaq. Bundan ötrü oyundan-oyuna qarşımıza hədəf qoyurduq. Lakin alınmadı. Dəfələrlə demişəm ki, qrup mərhələsində oynamaq böyük təcrübədir. Bu, həm də futbolçularımın daha da inkişaf etmələri baxımından sevindiricidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir