İdman Manşetüstü

Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb – YENİLƏNİB

Sharing is caring!

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Rəsul Çunayev mübarizəyə qələbə ilə başlayıb.

XəbərAl.az  xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı təsnifat mərhələsində macar Mate Kraşnaya vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

Çunayevin 1/16 finaldakı rəqibi cənubi koreyalı Hansu Ryu olacaq.


***09:29

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67 kq, 87 kq və 97 kq çəki dərəcələrində mübarizə gedəcək.

XəbərAl.az xəbər verir ki, ilk yarış günü ilə müqayisədə bugünkülər olimpiya çəki dərəcələri sayılır.

Hər çəkidə ilk “6-lığ”a düşən pəhləvanlar olimpiadaya lisenziyanı təmin edəcəklər. Bunun üçün ən azı yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.

Azərbaycanı bu çəkilərdə dünya çempionu, “Bakı 2015” I Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev, builki Avropa çempionatının və “Minsk 2019” II Avropa Oyunlarının gümüş mükafatçısı İslam Abbasovla yanaşı, Orxan Nuriyev təmsil edəcək. Onlardan Çunayev mübarizəyə təsnifat, Abbasovla Nuriyev isə 1/16 final mərhələsindən başlayacaq.

Dünya çempionatı

15 sentyabr

67 kq

Təsnifat. Rəsul Çunayev – Mate Kraşnay (Macarıstan)

87 kq

1/16 final. İslam Abbasov – Qurami Xetsuriani (Gürcüstan)

97 kq

1/16 final. Orxan Nuriyev – Yerulan İskakov (Qazaxıstan).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir