Hüquq

Bu gün 213 nəfər əfv olunub

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Xəbəral.az xəbər verir ki, Azərbaycanda əfv institutunun bərpası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 Fərman və Sərəncam imzalanıb,  8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub.

Azərbaycan Prezidentinin Əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti təzahürüdür.

Məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, hüquq müdafiə təşkilatlarının müraciətlərinə baxılıb, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışları nəzərə alınıb.

Sərəncam əsasında 213 nəfər məhkum əfv olunub. Onlardan 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub. 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib.

36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilib. Əfv olunmuş şəxslərdən 3 nəfəri əcnəbidir. Onlardan biri Özbəkistan, bir nəfəri İran, bir nəfəri də Türkiyə vətəndaşdır.

Əfv olunan  şəxslər arasında 3 nəfər jurnalist və bloqer, 3 nəfər siyasi partiya üzvü var.

Əfv Sərəncamı 2018-ci il 10 iyul tarixində Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən 20 nəfərə də şamil olunub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir