Hüquq

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü illiyidir

Sharing is caring!

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanımız olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin 1919-cu il mart ayının 28-də yaradıldığı nəzərə alınaraq və tarixi varislik əsas götürülərək 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının peşə bayramı günü kimi qeyd edilir.
Xəbəral.az xəbər verir ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü və peşə bayramı münasibətilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını və veteranlarımızı təbrik edir, doğma Vətənin təhlükəsizliyi naminə şərəfli xidmətdə uğurlar arzu edirik!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir