Hüquq

Rəis müavini Polis polkovnik-leytenantı qəfildən vəfat etdi — FOTO

Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.

Xəbəral.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib.

Məlumatda bildirilir ki, 45 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 27-də Nizami Rayon Polis İdarəsinin daha bir əməkdaşı qəfildən vəfat edib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir