Hüquq

DTX-nın həbs etdiyi icra başçısı və müavininə hökm oxundu

Sharing is caring!

Dövlət Təhülkəzislik Xidməti tərəfindən həbs olunmuş sabiq icra baçısı və müavininə hökm oxunub. 

XəbərAl.az Bizimxeber.az-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il,  onun müanini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Həmçinin məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.

Məlumat məhkəmə sistemi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, külli miqdarda rüşvət almaqda ittiham olunan Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ilin dekabrında həbs ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir