Hüquq

Jurnalistlər binasının komendantı da saxlandı

Sharing is caring!

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. 

XəbərAl.az “Qafqazinfo”ya istinadən bildirir ki, B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğunun mətbuat xidməti məlumatı təsdiqləyib.

Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ləğv edilmiş KİVDF-nin sabiq  icraçı direktoru Vüqar Səfərli də hazırda həbsdədir. O, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsəməkdə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir