Hüquq

Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır

Sharing is caring!

Bu gündən Azərbaycan məhkəmələrində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla digər proseslərin keçirilməsinin məhdudlaşdırılması müddəti başa çatır.

XəbərAl.az xəbər verir ki, məhdudiyyət sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Ali Məhkəmə tərəfindən tövsiyə edilmişdi.

Təxirəsalınma üçün yanvarın 25-ədək müəyyənləşdirilən müddət bitdiyi üçün bütün növ məhkəmə işlərinə baxış iclasları bərpa edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir