Hüquq

Məhkəmə Masallının baş həkimi barədə qərar verdi

Sharing is caring!

Binəqədi Rayon Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

XəbərAl.az xəbər verir ki, hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin edilib və C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, C.Nəzərov yanvarıın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir