Hüquq

Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat etdi

Sharing is caring!

Azərbaycanda daha bir vəkil dünyasını dəyişib.

XəbərAl.az xəbər verir ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 səbəbindən vəfat edib.

Vəkillər Kollegiyasından məlumatı təsdiqləyiblər.

66 yaşlı H.Əsgərov 17 il vəkillik fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri – Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir