Hüquq

Bakıda həbs olunan keçmiş səfir özünə yeni vəkil tutdu

Sharing is caring!

Sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov özünə yeni vəkil tutub.

XəbərAl.az xəbər verir ki, E.Həsənovun bundan sonra hüquqlarını vəkil Abbas Atakişiyev müdafiə edəcək.

Nəzərinizə çatdıraq ki, sabiq səfirin vəkili Adil İsmayılov bir müddət öncə koronavirusdan dünyasını dəyişmişdi.

Qeyd edək ki, Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunur.

O, Bakıda həbs olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir