Hüquq

Həbs edilən gömrük generalları ev dustaqlığına buraxıldılar

Sharing is caring!

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalları Məsum Rəsulov və Ehtiram Xəlilov barədə ev dustaqlığı seçilib.

Xəbəral.az bildirir ki, bu barədə təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.

Belə ki, Məsum Rəsulov və Ehtiram Xəlilov ittiham olunduqları dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödəyiblər.

Məhkəmə tərəfindən müdafiəçilərin vəsatətləri təmin edilərək onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda barələrində cinayət işi davam edir.

Qeyd edək ki, gömrük generalları külli miqdarda mənimsəmə cinayətlərində təqsirləndirilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir