Hadisə manset

Elmar Məmmədyarov Və Eldar Həsənov Beynəlxalq Məhkəməyə Verilir ŞOK İDDİA

Sharing is caring!

ELMAR MƏMMƏDYAROV VƏ ELDAR HƏSƏNOV BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERİLİR

XəbərAl.az Fakttv.com -a istinadən xəbər verir ki,redaksiyamıza sensasiyalı məlumat daxil olub. İddia edilir ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri barəsində iki ölkədə məhkəmə prosesi başlayır.

Haqlarında kifayət qədər ciddi ittihamlar irəli sürülən şəxslər xarici işlər naziri Elmar Məmmədyarov və keçmiş baş prokuror, hazırda Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovdur.

Tanınmış, təcrübəli xarici vəkillərin irəli sürdüyü məhkəmə iddialarında adları çəkilən şəxslərə qarşı korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və insan hüquqlarının kobud şəkildə pozulması kimi ciddi ittihamların yer aldığı bildirilir.

Məhkəmə proseslərinin xarici ölkələrdə başlayacağı, cavabdeh şəxslərin isə ölkənin xarici işlər naziri E.Məmmədyarov daxil olmaqla yüksək diplomatik vəzifələr tutan şəxslər olmasına görə ciddi beynəlxalq qalmaqalın baş verəcəyi qaçılmazdır. Məsələ ilə bağlı daha ətraflı məlumatlar əldə etməyə çalışacağıq.

Saytımızı izləyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir