Hadisə manset

Təkəri partlayan yük maşını yoldan çıxaraq evə çırpıldı – YARALILAR VAR

Sharing is caring!

Türkiyənin Kayseri vilayətində dəhşətli yol qəzası baş verib.

XəbərAl.az  Sözcü-yə istinadən xəbər verir ki, Kayserinin Hacılar qəsəbəsi yaxınlığında şose yolunda hərəkət edən yük maşınının təkəri qəfil partlayıb.

Sürücünün idarəetməsindən çıxan yüklə dolu TIR yolun kənarındakı evə çırpılıb.

Zərbənin gücündən ev tamamilə dağılıb, yük maşını isə aşıb. Evdə olan sakinlərin və sürücünün ağır xəsarət aldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir