Hadisə

Eks icra başçısının qardaşının federasiyasında istefalar başladı – FOTO

Sharing is caring!

“Qarabağ – Əlil Döyüşçülər” Futbol Federasiyasında son günlər istefalar başlayıb.
Xəbəral.az xəbər verir ki, federasiyanın işindəki durğunluqla yanaşı, bu gün baş verən istefalar federasiyanın gələcəyinin heç yaxşı olmadığını göstərir.


Belə ki, “Qarabağ – Əlil Döyüşçülər” Futbol Federasiyasının prezidenti Rövşən Quliyev tərəfindən 2021-ci il 20 oktyabr tarixində Qarabağ Amputant Futbol Klubuna rəhbər vəzifəsinə təyin olunan Fərhad Eyyubov bu gün məcbur qalaraq öz vəzifəsindən öz istəyilə ayrıldı. Dəfələrlə mötəbər yarışlara qatılmağa çalışsa da, qeyri-müəyyən səbəblərdən turnirlərə qatıla bilməyən klubun rəhbəri Fərhad Eyyubov dərindən təəsüfləndiyini, əziyyətinin boşa getdiyini bildirib. Eyyubovun sosial şəbəkədə etdiyi paylaşımı olduğu kimi diqqətinizə çatdırırırıq:


“Əziz və dəyərli dostlar bir məlumatı sizlərin diqqətinə çatdırmaq istəyirəm.
 20 oktyabr 2021 ci il tarixindən etibarən QARABAĞ ƏLİL DÖYÜŞÇÜLƏRİ FOTBOL  FEDERASİASININ rəhbəri Rövşən Quliyev tərəfindən  QARABAĞ AMPUTANT FUTBOL  KLUBUNA rəhbər vəzifəsinə təyin olunmuşam. Vəzifənin icrasına başladığım  gündən bu günə qədər əlimdən gələni artıqlaması ilə etməyə çalışdım ki bu işi Azərbaycanda inkişaf  etdirək və qazilərimizi bu idmana cəlb edək. Müəyyən dövrlərdə çox çətinliklərimiz olsa da çox şükürlər olsun ki Qazilərimizin də dəstəyi ilə bu işin öhdəsindən gələ bildik. 
Ancaq əfsuslar olsun ki burada sadalamaq istəmədiyim bizlərdən asılı olmayan bir çox prolemləri həll edə bilmədiyimiz üçün ən sonunda 16 may 2022-ci il tarixindən etibarən vəzifəmdən könüllü şəkildə istefa vermək qərarına gəlmdim. 
PS. Onu da deyim ki keçən il  12-19 sentyabr ölkələr arası Avropa çempionatına qatıla bilmədiyimiz üçün bu il 11-19 oktyabr 2022-ci dünya çempionatına vəsiqə qazana bilmədik. 
Əlavə bu il rəhbərlik etdiyim Qarabağ amputant futbol klubu 20-22 may 2022 ci il Polşada keçiriləcək Çempionlar liqasına vəsiqə qazansada yenə də son anda yarışa qatıla bilmədik. Bu və bu kimi bir çox hallar bu qərarı verməmdə önəmli rol oynadı. 
ÇOX ÇOX TƏƏSSÜF Kİ BU QƏDƏR ƏMƏK BOŞA GETDİ”.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir