Hadisə Manşetüstü

Daxili İşlər Nazirliyi şok görüntü yayıb: Şəhid xanımı ilə bağlı

Sharing is caring!

Sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra Daxili İşlər Nazirliyi hadisənin görüntülərini paylaşıb.

Görüntülər nazirliyin rəsmi “Facebook” hesabında yayımlanıb.

Videodan görünür ki, Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlu Qorxmaz Cahangirovun saxlanıldığı bölməyə gələrək orada polislərə təzyiq göstərib. Qadın polis əməkdaşlarından birinə hücum edib və onun üzünə yumruq vurub.

Sonra A.Əliyeva bölmənin qapısının şüşəsini sındırıb.

Nazirlikdən bildirilib ki, A.Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir