Hadisə

Rüstəm İbrahimbəyov vəfat etdi

Sharing is caring!

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.

Xəbəral.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd olunub ki, R. İbrahimbəyov uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

Qeyd edək ki, o, 2013-cü ildə prezident seçkilərində daha çox gündəmə gəlmiş, müxalif partiyaların cəmləşdiyi Milli Şuranın sədri seçilmişdi. 2013-cü il dekabrın 3-də isə Cəmil Həsənli Şuranın sədri seçilmişdi.   

Allah rəhmət eləsin!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir