Hadisə

Bakıda binada yanğın olub, sakinlər təxliyyə edilib

Sharing is caring!

Bakının Nizami rayonunda yanğın baş verib.

Xeberal APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospekti 35a ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisində qeydə alınıb.

Əraziyə FHN-in bir neçə yanğınsöndürən maşınları və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilir ki, yanğın qısaqapanmadan qaynaqlanıb.

Binada yaşayan 10-dan artıq sakin dərhal təxliyyə edilib. Onların arasında zəhərlənənlərin olduğu deyilir.

Qeyd edək ki, yanğın artıq söndürülüb. Buna baxmayaraq, təhlükəsizlik məqsədilə binaya elektrik və qazın verilişi müvəqqəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir