Hadisə

Bakıda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Sharing is caring!

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb.

Xeberal-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mingəçevir şəhərində isə məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli binada ümumi sahəsi 24 m² olan 1 otağın yanar konstruksiyaları və ümumi sahəsi 24 m² olan digər 1 otağın yanar konstruksiyaları 16 m² sahədə yanıb. Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir