Hadisə

Sumqayıtda ev partladı – Yaralılar var

Sharing is caring!

Bu gün səhər saatlarında Sumqayıt şəhərinin “Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.

XəbərAl.az-ın  məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsindən “Azərtac”a bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.

Faktla bağlı polis idarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir